MEP - Mexanik, elektrik və santexnika bina dizaynı və tikilinin bu aspektlərinə aiddir.
MEP dizaynı, qərar qəbuletmə, planlaşdırma, performans və xərclərin qiymətləndirilməsi və həmçinin, nəticədə yaradılan tikintilər üçün vacib amildir.
Bir MEP mühəndisinin işi və tələbləri tikilinin mexanik, elektrik və santexnik cəhətdən lazım olan alternativ variantlarını müqayisə etmək və tapşırıq üçün ən uyğun dizaynı seçməkdir.
HVAC işləri
HVAC- istilik, havalandırma, kondisioner sistemlərini özündə birləşdirir. Bir tikilinin vizual dizaynından əlavə vacib olan digər şərtlərindən biri də daxili istilik, havalandırma və kondisioner sistemlərinin dizaynının düzgün qurulmasıdır.
Effektivlik sisteminin dizaynını həm böyük, həm də kiçik miqyasda dəyişdirərək daha da optimallaşdırılır. HVAC işləri sizin termal rahatlığınızı təmin edəcək. İstilik sistemləri tikilini istənilən temperaturda saxlamaq və istilik itkisinin çarşısını almak üçün nəzərdə tutulmuştur.
Havalandırma sistemləri sayəsində isə qapalı bir məkanda mütəmadi olaraq qurğular vasitəsi ilə isə havanın davamlı olaraq dəyişdirilməsi üçün nəzərdə tutulub. Soyutma sistemlərinin prinsipi isə istlik sistemlərinin prinsipi ilə demək olar ki, eynidir.